Monteneqroda 10 nəfəri öldürməkdə şübhəli bilinən şəxs özünə qəsd etdibackend

Monteneqroda 10 nəfəri öldürməkdə şübhəli bilinən şəxs özünə qəsd etdi

Monteneqroda 10 nəfəri qətlə yetirməkdə və dörd nəfəri yaralamaqda şübhəli bilinən şəxs intihar edib.

KONKRET.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Danilo Şaranoviç mətbuat konfransında açıqlayıb.

“Polis əməliyyatı uğurla həyata keçirilib. Beləliklə, həmin şəxs polis əməkdaşlarının operativ fəaliyyəti nəticəsində təcrid edilib. Çıxılmaz vəziyyətdə olduğu aydın olan anda o, özünə qəsd etməyə cəhd göstərib”, – DİN rəhbəri bildirib.

Onun sözlərinə görə, şübhəli şəxs xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda keçinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*