Moped sürücülərinin NƏZƏRİNƏ: Yeni qaydalar tətbiq oluna bilərbackend

Moped sürücülərinin NƏZƏRİNƏ: Yeni qaydalar tətbiq oluna bilər

Son dövrlər paytaxt Bakıda və digər böyük şəhərlərdə motosiklet və moped sürücülərinin yol hərəkəti qaydalarını pozması adi hala çevrilib. Sürücülər tez-tez qırmızı işıqda keçmək, səki ilə hərəkət etmək, piyadalar üçün nəzərdə tutulmuş yerlərdə sürmək kimi qanun pozuntularına yol verirlər. Bu isə nəinki yol hərəkətinin təhlükəsizliyini, həm də piyadaların həyatını təhlükə altına atır.

Bəs, belə hadisələrin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov KONKRET.az-a açıqlamasında bildirib ki, mopedlərlə bağlı qanun pozuntularının qarşısını almaq məqsədilə onlara ayrıca dövlət nömrə nişanlarının tətbiqinə başlanılıb.

Maşın almaq istəyənlərə mühüm xəbər: Vəziyyət dəyişir - Globalinfo.az

“Bu, hər hansı qayda pozuntusu baş verdikdə, sürücünün asanlıqla müəyyən olunmasına və məsuliyyətə cəlb edilməsinə imkan yaradır.

Bakı şəhərində daşınma, çatdırılma və kuryer xidmətlərinin sürətlə inkişafı mopedlərə olan tələbi artırıb. Bu isə moped sürücülərinin sayının da artması ilə nəticələnib. Təəssüf ki, bəzi gənc sürücülər yol hərəkəti qaydalarına riayət etmirlər”.

Ekspert qeyd edir ki, daşıma və kuryer şirkətləri gəncləri işə cəlb edərkən onlara mütləq şəkildə mopedin şəhər daxilində idarə olunması və ümumi yol hərəkəti qaydaları ilə bağlı təlim keçməlidirlər.

“Dövlət Yol Polisi də bu sahədə daha aktiv olmalı, maarifləndirici tədbirlər həyata keçirməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*