Moskva Azərbaycan Prezident Administrasiyasının son bəyanatını təqdir etdibackend

Moskva Azərbaycan Prezident Administrasiyasının son bəyanatını təqdir etdi

“Rusiya Azərbaycanın Qarabağ bölgəsinə qayıtmaq istəyən ermənilərin hüquqlarının, təhlükəsizliyinin və iqtisadi rifahının təminatı ilə bağlı bəyanatlarını alqışlayır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Azərbaycan Prezident Administrasiyasının yüksək vəzifəli nümayəndəsinin Qarabağa qayıtmaq istəyən ermənilərin hüquqlarının təminatı, təhlükəsizliyi və iqtisadi rifahı ilə bağlı son bəyanatlarını alqışlayırıq. Mənə elə gəlir ki, bu, çox düzgün və vaxtında verilən siqnaldır”, – TASS Zaxarovadan sitat gətirir.

O əlavə edib ki, Moskva Bakı ilə İrəvanın barışması üçün fundamental əhəmiyyət kəsb edən bu prosesə hər cür töhfə verəcək.

“Biz bu bölgənin sakinlərinin geri qayıtmasının qarşısını almaq üçün bir çox saxtakar addımları müəyyən edirik”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Zaxarovanın sözlərinə görə, bəziləri hansısa xəyali təhdidlərlə qorxudur, digərlərinə isə evlərindən heç nə qalmadığı barədə yalan məlumat verilir&

“Bu doğru deyil, ən azından biz indi fəal şəkildə gedən bu məlumat kampaniyalarını görürük. Mənə elə gəlir ki, biz Azərbaycan Prezidenti Administrasiyasının nümayəndəsinin həmin rəsmi bəyanatlarına və Rusiya tərəfinin müvafiq bəyanatlarına əsaslanmalıyıq”, – deyə Zaxarova yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*