Moskva Bakıya incikdir – Primakov “Rus evi”nin bağlanmasından DANIŞDIbackend

Moskva Bakıya incikdir – Primakov “Rus evi”nin bağlanmasından DANIŞDI

Yevgeni Primakov Bakıda “Rus evi”nin bağlanmasından danışıb.

KONKRET.az xəbər verir ki, Rusiyanın xaricdə yaşayan soydaşları ilə iş üzrə federal agentliyinin – Rossotrudniçestvonun rəhbəri Yevgeni Primakov Bakıda “Rus evi”nin bağlanmasını “ədalətsiz və yanlış addım” adlandırıb və bununla bağlı narazılığını gizlətməyib.

“Bu, bizdə inciklik doğurdu. Amma buna baxmayaraq, Rusiya ilə Azərbaycan arasında yaxşı münasibətlər qalır. Ticarət edirik, bank transferləri həyata keçirilir, neft, qaz və ‘Şimal-Cənub’ dəhlizi ilə bağlı sazişlər mövcuddur. Azərbaycanlı tələbələr Rusiyaya oxumağa gəlirlər və sonradan bizim müttəfiqimizə çevrilirlər. Bütün bunları götürüb, emosiyalara qapılaraq atmalıyıqmı?” – deyə Primakov ritorik sual ünvanlayıb.

Onun sözlərinə görə, Moskva münasibətlərdə soyuqluğa yol vermədən əməkdaşlığı davam etdirmək niyyətindədir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*