Moskva Kiyevə “1000-ə 1000” təklifi göndərdi – DETALLARbackend

Moskva Kiyevə “1000-ə 1000” təklifi göndərdi - DETALLAR

Rusiya tərəfi Ukrayna ilə əsir mübadiləsi üçün nəzərdə tutulan “1000-ə 1000” formulu çərçivəsində siyahısını artıq Kiyevə təqdim edib.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Biz doğrudan da öz siyahımızı təqdim etdik. Hazırda qarşı tərəfdən – Kiyevdən cavab siyahısını gözləyirik. Hələ ki, bizə təqdim olunmayıb”, – deyə Peskov bildirib.

Qeyd edək ki, bu mübadilə planı Rusiya və Ukrayna arasında son danışıqlarda gündəmə gətirilmişdi. Tərəflər arasında razılaşma əldə olunarsa, yaxın zamanda yeni əsir mübadiləsinin baş tutacağı gözlənilir.

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*