Moskva memorandum təkliflərini yaxın günlərdə təqdim edəcək – RƏSMİ AÇIQLAMAbackend

Moskva memorandum təkliflərini yaxın günlərdə təqdim edəcək - RƏSMİ AÇIQLAMA

Moskva yaxın günlərdə Ukrayna münaqişəsinin həlli üzrə memorandum çərçivəsində təkliflərini Kiyevə təqdim edəcək.

KONKRET.az xəbər verir ki, Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Konstantin Kosacyev “Zvezda” telekanalına verdiyi müsahibədə bildirib ki, Ukrayna məsələsinin tənzimlənməsi üzrə memorandum üzərində iş yekunlaşmaq üzrədir.

Kosacyevin sözlərinə görə, “iş hazırda son mərhələdədir və yaxın günlərdə Rusiyanın müvafiq təklifləri qarşı tərəfə – yəni Kiyev hökumətinə təqdim ediləcək. Lakin bu mərhələdə sənədin məzmununun ictimaiyyətə açıqlanması gözlənilmir.”

O, əlavə edib ki, belə bir addım danışıqlar prosesini irəli aparmaq üçün atılan vacib addım ola bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*