Moskva Qarabağdan imtina edir – Sülhməramlılar tezliklə ərazini TƏRK EDƏCƏKbackend

Moskva Qarabağdan imtina edir - Sülhməramlılar tezliklə ərazini TƏRK EDƏCƏK

“Qarabağdan ermənilərin axınla çıxması artıq nəzərəçarpacaq həddədir. Çoxları bunu həyəcanla qarşılayır, lakin belə də olmalı idi”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları da tezliklə Qarabağı tərk edəcək.

“Çünki sülh müqaviləsi imzalandıqdan sonra rus ordusunun orada olması mənasızdır. Bu gün rus ordusu Laçın dəhlizinə nəzarət etmir, bunu istəmirlər də. Ermənistan oyun oynayır, ruslar niyə ermənilərə yaxşılıq etsin?”, – Baqratyan deyib. //Publika

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*