Moskva Ukraynanın əks-hücumunun faciəvi nəticələri barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına müsahibəsində xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O deyib ki, Ukraynanın əks-hücum əməliyyatı kədərli nəticələrə gətirib çıxaracaq.
“Kiyevi müasir Qərb silahları ilə doldurmaq və onun əks-hücum ideyalarını təşviq etmək yalnız qan tökülməsinə və münaqişənin daha da genişlənməsinə səbəb olacaq. Mən Kiyev rejiminə və onun Qərb sponsorlarına etdiklərinin qaçılmaz acı nəticələri barədə xəbərdarlıq etmək istərdim”, – deyə Qaluzin vurğulayıb.
O əmindir ki, Rusiya ordusu “hadisələrin istənilən inkişafına hazırdır və nə Kiyev, nə də Qərb bundan dividend alacaq”.
Rusiyalı diplomat vurğulayıb ki, ABŞ “münaqişədə birbaşa iştirak edir” və Kiyevin tərəfində onun “birbaşa iştirakçısı”dır.
Nazir müavini hesab edir ki, nə Qərbə, nə də Ukraynaya sülh lazımdır. Yoxsa Moskvanın təklifi ilə 2021-ci ildə təhlükəsizlik zəmanətləri haqqında saziş bağlamağa razı olardılar.
Xuraman Etibarlı,
KONKRET.az