Moskvada ABŞ vətəndaşı saxlanıldıbackend

Moskvada ABŞ vətəndaşı saxlanıldı

Moskvada ABŞ vətəndaşı hökumət nümayəndələrinə qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilinərək saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı İstintaq Komitəsinin Moskva şöbəsinin mətbuat xidməti yayıb.

Müstəntiqlərin bildirdiyinə görə, avqustun 12-nə keçən gecə şübhəli şəxs şəxsiyyəti təsdiq edən sənədləri təqdim etməkdən imtina edib, bundan sonra o, hüquq-mühafizə orqanının əməkdaşına qarşı zorakılıq tətbiq edib.

İstintaq Komitəsi onun həbsi üçün vəsatət vermək niyyətindədir.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*