Moskvada çeçenlər və azərbaycanlılar atışdılar – YENİLƏNİBbackend

Moskvada çeçenlər və azərbaycanlılar atışdılar - YENİLƏNİB

Moskvada miqrantlar arasında kütləvi dava və atışma baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. İlkin məlumata görə, bir nəfər ölüb, 4 nəfər yaralanıb. Dava edənlər daha sonra maşınlara minərək qaçıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Daha sonra aydın olub ki, öz aralarında atışan qruplar çeçenlər və azərbaycanlılar olub. Musavat.com bu dəqiqləşməni “Moskovski Komsomolets” portalına istinadla yayır.

Münaqişədən sonra Biryulyovo ərazisində atışma baş verən yerdə səpələnmiş gilizlər qalıb. Münaqişədə kadrlara düşən “BMW” axtarışa verilmişdi. Sonuncu dəfə kameralar onu Podolsk Kursantov küçəsində görüblər.

Son məlumatlara görə, Medınskaya küçəsində baş verən davada təxminən 15 nəfər iştirak edib.

22:04

Moskvada miqrantlar arasında kütləvi dava və atışma baş verib. 

KONKRET.az xəbər verirki, bu barədə Rusiya mediası məlumat yayıb. İlkin məlumata görə, bir nəfər ölüb, 4 nəfər yaralanıb. Dava edənlər daha sonra maşınlara minərək qaçıblar. Yaralılar xəstəxanaya yerləşdirilib

Hələlik atışmanın səbəbi dəqiqləşdirilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*