Moskvada azərbaycanlılara qarşı reyd — Diaspor rəhbərinin obyektlərinə basqın EDİLDİbackend

Moskvada azərbaycanlılara qarşı reyd — Diaspor rəhbərinin obyektlərinə basqın EDİLDİ

Moskvada azərbaycanlılara qarşı reydlər keçirilir.

KONKRET.az xəbər verir ki, Moskva vilayətinin İstra rayonunda yerli azərbaycanlı diasporunun rəhbərinə məxsus ticarət obyektlərində növbəti “antimiqrant reydi” keçirilib. Bu barədə “Operativnıe svodki” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, “profilaktik tədbirlər” zamanı Moskva vilayəti azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Tahir Hacıyevə məxsus ticarət nöqtələrində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan miqrantlar aşkar edilib.

Bundan əlavə, hüquq-mühafizə orqanları həmin ərazidə qeyri-leqal yataqxana və dini müəssisə aşkarlayıb. Hazırda onların fəaliyyətinin qanuniliyinin araşdırıldığı bildirilir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*