Moskvada Qod Nisanovun bazarı YANDIbackend

Moskvada Qod Nisanovun bazarı YANDI

Moskva dairəvi yolunun 14-cü kilometrliyində üç ticarət pavilyonu yanıb.

KONKRET.az xəbər verir ki, bu ünvanda “Sadovod” bazarı yerləşir.

Moskva Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələndən təqribən bir saat sonra alovun qarşısını ala bilib.

Zərərçəkənlər barədə məlumat yoxdur. Hadisəyə nəyin səbəb olduğu məlum deyil.

Qeyd edək ki, “Sadovod” bazarı Qod Nisanov və Zarax İliyevə məxsus “Kiyev meydanı” şirkətinə aiddir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*