Moskvadan Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına REAKSİYAbackend

Moskvadan Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına REAKSİYA

Moskva Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına münasibət bildirib. 

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

O deyib ki, Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olması barədə bəyanatını 1991-ci il Alma-Ata bəyannaməsinə istinad edən Praqa bəyanatının təsdiqi kimi qiymətləndirir.

Onun sözlərinə görə, Praqadakı razılaşma İrəvanla Bakı arasında proses üçün yeni çərçivə yaradıb.

“Rusiya Ermənistan-Azərbaycan nizamlanmasında vasitəçidir. Ona görə də Ermənistanın bu məsələdə dəqiq mövqeyinin olması vacibdir.

Sülh müqaviləsi layihəsinin özünə gəlincə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Moskvada keçirilən danışıqların sonuncu raundu tərəflər arasında anlaşmanı yaxşılaşdırmağa və bir sıra məsələlər üzrə mövqelərini yaxınlaşdırmağa kömək etdi”, – deyə Zaxarova bildirib.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına münasibət bildirən Zaxarova deyib ki, Moskva “vəziyyəti sakitləşdirmək üçün bütün vasitələrdən istifadə edir”.

“Hazırda bütün səviyyələrdə danışıqlar gedir. Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşləri keçirilib. Bu əlaqələr bütün səviyyələrdə davam edir”, – deyə XİN sözçüsü qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

  • Azər
    May 25, 2023 - 05:34

    Yalansa Rusiya 10 yerə parçalansın. Dünən erməni tez tez Azərbaycan Ermənistan münaqişəsi ilə bağlı daima obyektiv mövqe segileyen erməni blogerin yeni video müracətinə qulaq asdım. Erməni Xankəndindəki qondarma parlamentin ona yaxın oıan bir deputata istinadən bildirdiki Rusiya hərbi kontingenti və Moskvaya yaxın olan şəxslər Azərbaycanın guya sülh müqaviləsindən sonra Qarabağdakı bütün hərbi komandanlığı, generalları, zabitləri həbs edəcəyi, əməlaklarını əllərindən alacağı və buna görə də heç bir halda Azərbaycanla sülh müqaviləsinin imzalançasından imtina edilməsi narədə ciddi təbliğatla məşğuldurlar. Ermənin dediyinə görə Rusiya bu məqsədlə Azərbaycanla Ermənistan arasında yeni müharibənin başkamssına və nəticədə erməni tərəfində böyük itkilərin olmasına şərait yaradacağına çalışırki Ermənistan əhalisi Rusiyanın tərkibinə qatılmağa çağırışlar edilsin. Bununla da Paşinyanı devirərək Ermənistanı Rusiyanın tərkib hissəsi etməyə, Qsrabağdakı ermənilərin müracəti əsasında Xankəndi və işğalda olan rayonların Ermənistan ərazisi kimi Rusiyaya qatılması üçün bütün işləri aktif səviyyədə həyata keçirilmək istəyor. Rusiya Azərbaycanın əsas düşməni olmaqdan hələ də bezməyib

Azər üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*