Moskvaya dron hücumu oldubackend

Moskvaya dron hücumu oldu

Moskva vilayətinə dron hücumu olub.

KONKRET.az xəbər verir ki, bu gün səhər saat 5 radələrində Moskva vilayətininin Lukino yaşayış məntəqəsi yaxınlığında səmada partlayış baş verib.

İlkin məlumatlara görə, partlayışa səbəb PUA-nın vurulması olub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.

Həmçinin, Moskva vilayətinin Naro-Fominsk rayonuna, hərbi hissədən bir qədər aralıda eyni vaxtda daha iki PUA yerə çırpılıb.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Yeni Moskva və Moskva vilayətində radioelektron mübarizə vasitəsinin köməyi ilə üç pilotsuz uçuş aparatı vurulub.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*