Moskvaya qarşı çıxan Depardye Rusiyaya qayıtmaq istəyirbackend

Moskvaya qarşı çıxan Depardye Rusiyaya qayıtmaq istəyir

Ukraynada keçirilən xüsusi əməliyyatı tənqid edən fransalı aktyor Jerar Depardye Rusiyaya qayıtmaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu xəbəri ulduzun nümayəndəsi, rejissor Arno Frille paylaşıb.

Depardye fevralın 24-dən Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün məcburi xüsusi əməliyyat keçirən Moskvaya qarşı çıxış edib. Baxışlarına baxmayaraq, aktyor Rusiyaya qayıtmaq istəyir.

“O, nə qaçqınlara kömək etmək üçün xüsusi tədbirlərdə, nə də humanitar proqramlarda iştirak edir”. Frille “Moskva danışır” radiostansiyası ilə söhbətində belə deyib.

Depardye 2013-cü ildə Rusiya pasportu alıb. Anti-Rusiya bəyanatlarından sonra sənətçini Rusiya vətəndaşlığından məhrum etmək təşəbbüsü ortaya çıxıb. Kreml də öz növbəsində bu təklifi şərh etməkdən imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*