İsrail və İran arasında gərginlik pik həddə çatarkən, sosial şəbəkələrdə və media mənbələrində Mossad agentlərinin İranda yüksək dəqiqlikli zərbə sistemləri yerləşdirməsinə dair kadrlar yayılıb.
KONKRET.az xəbər verir ki, bu sistemlərin əsas məqsədinin İranın hava hücumundan müdafiə (HHM) infrastrukturlarını məhv etmək olduğu bildirilir.
Bundan əlavə, Tehranın ətrafında İranın “yer-yer” tipli raketləri və buraxılış qurğularına qarşı dron zərbələrinin görüntüləri də ortaya çıxıb. Kadrlar partlayış anlarını və hərbi obyektlərdə ciddi dağıntıları əks etdirir.
Hadisələr fonunda bölgədə qarşıdurmanın daha da dərinləşəcəyi və tərəflər arasında birbaşa toqquşmanın qaçılmaz ola biləcəyi ehtimalı güclənir.
Natiq Səlim,
KONKRET.az