Motosiklet sürücüsü marşrut avtobusunun şüşəsini sındırdıbackend

Motosiklet sürücüsü marşrut avtobusunun şüşəsini sındırdı

Bakıda şəhərində marşrut xətt avtobusunun şüşəsi sındırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə dekabrın 8-də saat 21 radələrində rayon ərazisində BMW markalı motosikletin sürücüsünün xuliqanlıq zəminində “Isuzu” markalı xətt avtobusunun alın şüşəsini dəmir parçası ilə sındırması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bərdə rayon sakini R. Əmrahlı müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*