Mourinyo 9 futbolçuya qapını göstərdi – Adlarbackend

Mourinyo 9 futbolçuya qapını göstərdi - Adlar

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun “Luqano” matçı üçün UEFA-ya təqdim etdiyi siyahıya 9 futbolçunun adını daxil etməyib.

KONKRET.az xəbər verir ki, Mourinyonun həmin futbolçuların transferinə razılıq verdiyi deyilir. “Fanatik” qəzetinin məlumatına görə, onların arasında 15 milyon avroluq transfer qiyməti ilə “Fənərbaxça” tarixinin ən bahalı transferi olan Cengiz Ünderin də olduğu bildirilir.

“Fənərbaxça”dan icarə və ya birdəfəlik ayrılacağı ilə bağlı xəbərlər yayılan futbolçular bunlardır: Cengiz Ünder, Səməd Akaydın, Levent Mercan, Luan Peres, Migel Krespo, Miha Zajc, Emre Mor, Burak Kapacak

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*