Mozambikdəki iğtişaşlara məhbuslar da qoşuldubackend

Mozambikdəki iğtişaşlara məhbuslar da qoşuldu

Mozambikin paytaxtı Maputodakı həbsxanalardan birinin məhbusları ölkədə keçirilən seçkilərin nəticələri ilə başlayan narazılıq və nümayişlərdən istifadə edərək, iğtişaşlar törədiblər.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, qarşıdurma zamanı 33 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.  1500-dən çox məhbus həbsxanadan qaçıb. Qaçan məhbuslardan 150-si geri qaytarılıb. Mozambikdə nümayişlər  Ali Məhkəməsinin “Frelimo” partiyasının qələbəsini təsdiqlədikdən sonra başlayıb. Seçkilərin rəsmi nəticələrinə görə, Daniel Çapo seçicilərin 71%-nin səsini toplayaraq yenidən prezident seçilib. Mozambikin daxili işlər nazirinin sözlərinə görə, dekabrın 23-dən bu yana keçirilən etiraz aksiyalarında ən azı 21 nəfər ölüb. seçkilərdən sonrakı üç ayda qurbanların ümumi sayı isə 150-yə çatıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*