MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcəkbackend

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də VII çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

KONKRET.az-ın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib ki, Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır.

Bu proses bu gün başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*