MSK sosial şəbəkələrdə yayılan görüntüləri araşdırmağa başladıbackend

MSK sosial şəbəkələrdə yayılan görüntüləri araşdırmağa başladı

“Mərkəzi Seçki Komissiyası (MSK) sosial şəbəkələrdə bələdiyyə seçkiləri ilə bağlı yayılan görüntüləri araşdırmağa başlayıb”.

KONKRET.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, sosial şəbəkələrdəki görüntülər ciddi araşdırılacaq: “Heç kimə hüquq verilməyib ki, Azərbaycan seçicisinin hüququna müdaxilə etsin. MSK sosial şəbəkələrdəki görüntüləri ciddi şəkildə araşdıracaq və nəticələrini ictimailəşdirəcək”.

MSK sədri deyib ki, seçkilərlə bağlı müraciətlər, ilk növbədə, dairə seçki komissiyalarına (DSK) ünvanlanmalıdır: “DSK-larda müraciət barədə qərar qəbul edildikdən sonra MSK-ya müraciət etmək olar. Əgər namizədlər müraciətlərə tez baxılmasını istəyirlərsə, ilk növbədə, DSK-lara müraciət etməlidirlər. DSK-nın qərarından narazı qalsalar, MSK-ya müraciət etsinlər. Sosial şəbəkələrdə 10-15 bələdiyyə ilə bağlı görüntülərə rast gəlinib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*