“Müalicə olunma, Əli Həsənov, sən onsuz da ölmüsən…” – SABİQ DEPUTATbackend

“Müalicə olunma, Əli Həsənov, sən onsuz da ölmüsən...” - SABİQ DEPUTAT

“Camaat bundan adı hallanan mülklərin buna məxsus olmadığını sübut edən sənədlər təqdim etməsini gözləyir, bu isə müayinə olunduğu klinikanın kağız-kuğuzunu paylaşır”.

KONKRET.az xəbər verir ki, bunu sabiq deputat Etibar Hüseynov yazıb

E.Hüseynov əminliklə qeyd edib ki, “Əli Həsənov Türkiyədə deyil” tipli feyklər elə onun özünün tapşırığı ilə dövriyyəyə buraxılır. Məqsəd isə kağızları nümayiş etdirib “baxın haqqımda yazılanlar hamısı yalandır” fikrini yaratmaqdır:

“Yeri gəlmişkən “10-15 günə qayıdıram” deyən Həsənov artıq Abu-Dabi anonsu verir. Adamın buna yazığı gəlir. Dünən paylaşdığı statusuna 4 saat ərzində 38 bəyənmə gəlmişdi ki, onun da böyük əksəriyyəti saxta profillərdən idi. Sən müalicə olunma, Əli, sən onsuz da ölübsən. Siyasi ölüləri heç harada dirildə bilmirlər onsuz da…”

KONKRET.az

  • məmiş
    Sentyabr 11, 2020 - 14:55

    bu məmləkətdə elələri çox dirilib vı bu gedişlə diriləcək də..Cəlil şeyx nəsrullah obrazını boşuna yaratmayıb..bu bizim ən böyük mərəzlərimizdən biridir..

məmiş üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*