Hazırda Yer kürəsində yaşayan səkkiz milyard insanın taleyi 900.000 il əvvəl nəsli kəsilmək üzrə olan cəmi 1280 insan əcdadının dözümlülüyündən asılı ola bilərmi?
Bu sual qədim əcdadlarımızın təxminən 120.000 il ərzində yox olmaq ərəfəsində olduğunu aşkar edən son bir araşdırmanın mövzusu idi. Bu araşdırma isə əlbəttə genetik modelləşdirmədən istifadə edilməklə həyata keçirilib.
Ancaq araşdırmadakı iddiaları bir çox elm adamı tənqid edib. Həmin tənqidlərdən birində deyilir ki, bir çox elmi cəmiyyətlərdə bu fərziyyənin kifayət qədər inandırıcı olmadığına dair yekdil fikir var.
Amma buna baxmayaraq, elmdə sübut olunub ki, qədim insan əcdadları kimi tanınan bir fenomen nə vaxtsa yox olmaq təhlükəsi ilə üz-üzə qalıb. Alim-ekspertlərin bəziləri iddia edirlər ki, bəşər tarixində kütləvi demoqrafik azalmalar olub. Bir neçə yüz min ildən çox əvvələ aid insan əcdadlarına aid bir neçə nümunədən DNT çıxarmağın mümkün olmaması bu dövrün öyrənilməsinin çətin olması ilə izah edilib.
Bununla belə, müasir insanların genofondunun ardıcıllaşdırılmasında əldə edilən irəliləyiş sayəsində alimlər indi müasir populyasiyalardakı genetik mutasiyaları təhlil edə bilirlər və kompüter modelindən istifadə edərək, hətta qədim dövrlərdə insan məskənlərinin necə dəyişdiyi barədə nəticə çıxarmağa çalışırlar.
Bu ayın əvvəlində “Science” elmi jurnalında dərc olunan yeni araşdırmada 3150-dən çox müasir insanın genomları təhlil edilib.
Çindən olan tədqiqatçılar qrupu əhalinin sayını hesablamaq üçün riyazi model işləyib hazırlayıblar. Həmin hesablamalara görə, müasir insan əcdadları əhəmiyyətli dərəcədə azalıb və təxminən 930.000 il əvvəl cəmi 1280 nəfər qalıb.
Çin Elmlər Akademiyasının Şanxay Qidalanma və Sağlamlıq İnstitutunda çalışan tədqiqatın həmmüəllifi Haypeng Linin “Science” elmi jurnalında dərc olunan son araşdırmasına görə, insanların əcdadlarının təxminən 98,7 faizi o dövrdə itirilib. Ehtimal olunur ki, bu dövr qlobal buzlaşma nəticəsində baş vermiş ola bilər.
Tədqiqatın əhəmiyyətli hissəsi odur ki, neandertallar kimi qədim insanlar müasir insanlardan tam ayrıdır.
Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az