Cənubi Koreyanın müdafiə naziri Li Çjon Sop dəniz piyadasının ölümü ilə bağlı yaranmış qalmaqala görə istefa verə bilər.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, son vaxtlar impiçment siyasi dairələrdə müzakirə olunur.
Qeyd olunub ki, nazir təhlükəsizlik sferasında boşluq yaratmamaq üçün belə bir qərar qəbul edib.
Məlumata görə, sözügedən əsgər iyul ayında Cənubi Koreyada güclü yağışlardan sonra axtarış-xilasetmə əməliyyatı zamanı həlak olub. Bildirilir ki, hadisələrdə iştirak edən dəniz piyadalarına xilasedici jiletlər verilməyib.
İqbal Rzayev,
KONKRET.az