Müdafiə Nazirliyinin sabiq idarə rəisinin şikayəti təmin edilmədibackend

Müdafiə Nazirliyinin sabiq idarə rəisinin şikayəti təmin edilmədi

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından verilən apellyasiya şikayətinə baxılıb.

KONKRET.az-ın APA-ya istinadən xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və digər maddələri ilə ittiham elan edilib. Bakı Hərbi Məhkəməsinin qərarı ilə sabiq idarə rəisi barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*