Müəllim işləmək üçün imtahan verən şəxslərdən COVID-19 sənədi tələb olunacaq?backend

Müəllim işləmək üçün imtahan verən şəxslərdən COVID-19 sənədi tələb olunacaq?

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 pasportu tələb edilməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı hər hansı bir sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən müvafiq məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*