Müəllimlərin sertifikasiya vaxtı bilindi – Təhsil nazirindən ƏMRbackend

Müəllimlərin sertifikasiya vaxtı bilindi - Təhsil nazirindən ƏMR

Təhsil Nazirliyi Təhsilverənlərin sertifikatlaşdırılmasının aparılacağı vaxtı açıqlayıb.

KONKRET.az xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sertifikatlaşmanın bu ilin payız aylarından başlayacağını bildirib. Sertifikasiya növbəti ildə də davam edəcək.

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb. Əmrdə dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkili məqsədilə Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması qeyd olunur.

Şuranın sədri:

Məhəbbət Vəliyeva – Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Şuranın üzvləri:

Fərzəli Qədirov – Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini

Elnur Məmmədov- Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən

Eşqi Bağırov – İnsan resursları şöbəsinin müdiri

Vəfa Yaqublu – Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri

Murad Camalzadə -Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən

Vüsal Xanlarov – Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.

Həmçinin bax:

İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ

  • Adilə
    İyun 6, 2020 - 00:13

    Hər məlumatdan xəbərdar olmaq istəyirəm

Adilə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*