Türkiyəli müğənni Kibariyenin konsertində həyəcanlı anlar yaşanıb.
KONKRET.az xəbər verir ki, ifaçının pərəstişkarlarından biri səhnəyə çıxıb. Bu zaman mühafizəçi həmin şəxsi səhnədən endirmək istəyib, lakin müdaxilə edən zaman 62 yaşlı müğənni səhnədən kənara yıxılıb. O, dərhal xəstəxanaya aparılıb.
Hələlik Kibariyenin vəziyyəti ilə bağlı açıqlama verilməyib.
Həmin görüntüləri təqdim edirik: