Vətəndaş Sevda Sanaliyevanın bir nəfər tərəfindən təqib edilməsi ilə bağlı müraciəti araşdırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.
Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək.
Qeyd edək ki, müğənni Sevda Sanaliyeva təqib olunması barədə sosial şəbəkədə müraciət yayıb.