Müğənniləri tutdurmaq istəyən “xüsusi ittihamçı” kimdir?backend

Müğənniləri tutdurmaq istəyən “xüsusi ittihamçı” kimdir?

 

“Speys” televiziyasının efirində mahnı oxuyarkən, mikrofonun bağlı olduğunu düşünərək, biədəb ifadələr işlədən müğənnilər Rüfət Axundov və Rəşad İlyasova dair məhkəmədə bir ad-soyad çəkilir: Rahim Sadıqlı…

Onun ad-soyadının önündə isə “xüsusi ittihamçı vətəndaş” ünvanı da göstərilir.

Maraqlıdır, bu adam kimdir və özünə “xüsusi ittihamçı” statusunu necə götürüb?

Müvafiq məsələyə həsr olunmuş məhkəmə proseslərindən hazırlanmış xəbərlərə görə, xüsusi ittihamçı Rahim Sadıqlı müğənnilərin cinayət məsuliyyətinə cəlb olunmalarını, məhkum edilmələrini və həbsxanaya göndərilmələrini tələb edir.

R.İlyasov və R.Axundovun yol verdiyi səhv ağır xəta olsa da, heç də cinayət deyil. 10 milyonluq ölkəmizdə bu kimi sözlər gündə azı 100 min dəfə işlədilir. Düzdür, onları efirdə dilə gətirmək böyük qəbahətdir, biabırçılıq və rüsvayçılıqdır, amma buna görə iki adamın həbsini tələb etmək də amansızlıq, qəddarlıqdır.

Fəqət vətəndaş Rahim Sadıqlı öz üzərinə geniş tamaşaçı auditoriyasının “vəkil”i statusu götürərək belə bir iddia irəli sürüb.

İndi maraqlıdır, o kimdir, nəçidir, cəmiyyətdə hörmətli mövqeyə malik olan bir ziyalıdırmı, yoxsa öz yanından “mentalitet keşikçisi” olan bir şəxsdirmi? Bəlkə “ştatlı hal şahidləri”ndən biridir?
Hər halda məhkəmədə bu şəxsin kimliyinə də açıqlıq gətirilməlidir və o adam sübut etməlidir ki, adları çəkilən şəxslər ona qarşı konkret cinayətə yol veriblər.

Yoxsa “xüsusi ittihamçı vətəndaş Rahim Sadıqlı”nın tələbi bədnam 37-ci il repressiyalarının “hal şahidləri”nin ifadələrini xatırladır.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*