Türkiyədə müğənni qətlə yetirilib.
KONKRET.az xəbər verir ki,hadisə İstanbulun Kadıköy adlanan ərazisində Fənərbaxça məhəlləsində baş verib. Buradakı 15 mərtəbəli binanın 2-ci mərtəbəsində 40 yaşlı Çınar Ersanlının əlləri, ayaqları və ağzı bağlı meyiti tapılıb.
Məlumata görə, bir neçə gün Ersanlıdan xəbər ala bilməyən yaxınları onun yaşadığı evə gəliblər. Qapı bağlı olduğu üçün sındıraraq, içəri daxil olublar.
Qonşular hadisə ilə bağlı 2 nəfərdən şübhələniblər. Onların sözlərinə görə, mərhum həvəskar müğənni, həmçinin usta olub. Əvvəl evli olsa da, boşanıb. Dörd universitet bitirib.
Hazırda polis qatillərin tapılması üçün axtarış tədbirləri keçirir./ Lent.az