“Ukrayna ilə genişmiqyaslı müharibənin başlamasından sonra təxminən 660 min insan Rusiyanı tərk edib və hələ də geri qayıtmayıb”.
KONKRET.az xəbər verir ki, bu barədə “The Bell” nəşri məlumat yayıb.
Bildirilib ki, rusların köç etdiyi ölkələrin arasında daha çox vizasız ölkələr üstünlük təşkil edir: Ermənistan (110 min), Qazaxıstan (80 min), Gürcüstan (74 min nəfər).
“The Bell”in məlumatına görə, təxminən 80 min rus İsrailə, 48 minə yaxın isə ABŞ-a köçüb.
Avropa ölkələrindən ruslar ən çox Almaniya (36 min nəfər), Latviya (18 min), İspaniya (16 min) və Hollandiyaya (12 min) üz tutub.
Türkiyə ilə bağlı vəziyyət isə fərqlidir. Son vaxtlar ruslar bu ölkəni əsasən yaşayış icazələrinin uzadılmaması səbəbindən tərk edirlər. 2022-ci ilin əvvəli ilə müqayisədə, Türkiyədə yaşamaq icazəsi olan rusların sayı 28 min nəfər artıb
Burhan,
KONKRET.az