“Müharibə Rusiya ərazisində gedə bilər” – Politoloq Moskvanı məğlubiyyətə hazırlaşmağa ÇAĞIRDIbackend

"Müharibə Rusiya ərazisində gedə bilər" - Politoloq Moskvanı məğlubiyyətə hazırlaşmağa ÇAĞIRDI

“Sürətli və həlledici olması planlaşdırılan xüsusi hərbi əməliyyatın əslində effektli olmadığı və uzunmüddətli hərbi əməliyyata çevrildiyi üzə çıxdı. Ukrayna və Rusiyadan on minlərlə ölüm xəbərləri var. Həmçinin milyonlarla qaçqın… Əslində, Rusiya xalqının daxilində ABŞ və Qərbin əli ilə açılan vətəndaş müharibəsi gedir”,

KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Markov 2022-ci ilin nəticələrini Moskva üçün fəlakətli adlandırıb. O, Rusiyanı müharibədə məğlubiyyətə hazırlaşmağa səsləyib.

Rusiyanın zəif olduğu ortaya çıxdı. Əslində, amerikalılar rus ordusunu bir çox yerlərdə ukraynalıların əli ilə məğlub etdilər” – deyə politoloq əlavə edib.

Markov hesab edir ki, Rusiya prezidenti Vladimir Putin 2014 və ya 2015-ci illərdə Ukraynaya qoşun yeritməməklə bağlı səhv edib:

“8 il ərzində hərbi baxımdan biz nisbətən desək, 3 dəfə, Kiyev rejimi isə 30 dəfə gücləndi. Biz 2021-ci ilin yayından Ukraynada hərbi münaqişəyə hazırlaşırıq, Kiyev isə 2014-cü ilin yayından bəri. Bütün bu illər ərzində onlar ABŞ-ın rəhbərliyi altında NATO qüvvələri tərəfindən güclü təlim görüb”, – deyə Markov bildirib.

O, Rusiya hərbi rəhbərliyinin bir sıra səhvlərini də qeyd edib. Politoloqun sözlərinə görə, Ukraynanı müharibənin lap əvvəlindən dərhal bombalamaq, martda Rusiyada səfərbərlik aparmaq, həmçinin Mariupolun tutulmasını gecikdirməmək lazım idi.

Markov iddia edir, hərbi əməliyyatlar Rusiya Federasiya ərazisinə daşına bilər. Bu isə Rusiyanın müstəqil dövlət kimi ləğvinə yol açar.

Politoloq Rusiyanın müttəfiqlərindən, xüsusən də ÇXR-dan şikayətlənib.:

“Biz Çinin hipertrofik neytrallıq alacağını heç gözləmirdik. Biz Pekinin daha müttəfiq mövqeyi tutmasını istəyirdik. Amma o, daha neytral mövqe seçdi. Heç kim məğlub tərəfin müttəfiqi olmaq istəmir”, – deyə Markov bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*