“Müharibə şəraitidir, hər an təhlükə yarana bilər” – Qriqoryanbackend

"Müharibə şəraitidir, hər an təhlükə yarana bilər" - Qriqoryan

“Müharibə şəraitidir, hər an təhlükə yarana bilər”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Azərbaycanla həmsərhəd olan Vayots Dzor vilayətinin qubernatoru Ararat Qriqoryan dekabrın 1-də jurnalistlərlə söhbətində belə deyib.

“Biz müharibə şəraitində yaşayırıq, hər an təhlükə yarana bilər.

Sentyabr ayından bəri heç bir dəyişiklik baş verməyib. Bəzi insidentlər, hərdən atışma olur, amma ümumilikdə gərginlik yoxdur. Azərbaycan tərəfi mühəndis işləri aparır”, – deyə Qriqoryan bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının monitorinq missiyası vəziyyəti təhlil edir, insidentləri qeydə alır və öz rəhbərliyinə hesabat verir.

“Biz onlarla vaxtaşırı görüşürük. Onlar missiyanın uzadılması ilə bağlı heç nə deməyiblər”, – qubernator deyib.

Döyüş yerində qalan cəsədlərlə bağlı isə qubernator heç nə deyə bilməyib, onları Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa çağırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*