Ukrayna və Rusiya enerji və elektrik infrastrukturuna qarşılıqlı hücumlarım dayandırılmasını nəzərdə tutan razılaşmanı müzakirə etmək üçün nümayəndə heyətlərini Qətərə göndərəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün keçirdiyi mətbuat konfransında “F-16″ların indiyə qədər çox yaxşı nəticələr verdiyini və Rusiyanın son hücumunu dəf etmək üçün istifadə edildiyini bildirib.
O, sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak edəcəyinə ümid etdiyini qeyd edib.
Zelenski ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampa Rusiya ilə müharibəni necə bitirmək barədə plan təqdim edəcəyini də açıqlayıb.
Dövlət başçısı vurğulayıb ki, Ukrayna danışıqlara daha üstün yollanmaq istəyir.
Məlik,
KONKRET.az