Mükafat iranlı müğənniyə baha başa gəldibackend

Mükafat iranlı müğənniyə baha başa gəldi

İranlı pop ulduz Şervin Hacıpur “Qremmi” mükafatına layiq görülmüş mahnısına görə üç il həbs cəzası alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Alarabiya News” məlumat yayıb.

Hacıpurun yazdığı “Baraye” mahnısı 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Aminin ölümü ilə başlayan İran etiraz hərəkatının himni olub. Xatırladaq ki, Amin hicabını düzgün geyinmədiyi üçün kobud şəkildə saxlanılıb və həkimlər onu xilas edə bilməyiblər. Müğənninin bu mahnısı “Qrammi” mükafatını qazanıb.

Sonra 71 yaşlı Jill Bayden “Sosial Dəyişiklik üçün Ən Yaxşı Mahnı” yeni kateqoriyasında qalib gəldiyi üçün Hacıpuru şərəfləndirmək üçün səhnəyə çıxıb. ABŞ-ın 46-cı prezidentinin həyat yoldaşı kompozisiyanı “azadlığa və qadın hüquqlarına güclü və poetik çağırış” adlandırıb.

Bu gün müğənni İnstaqram səhifəsində “milli təhlükəsizliyi pozmaq məqsədilə insanları iğtişaşlara təhrik etmək” maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edildiyini açıqlayıb.

O, vaxtını dəmir barmaqlıqlar arxasında “ABŞ-ın insanlığa qarşı vəhşilikləri” haqqında mahnı yazmaqla keçirəcək və həmçinin “son əsrdə ABŞ hökuməti tərəfindən insan haqları pozuntularını sənədləşdirməli” tələb olunacaq. Bundan əlavə, məhkəmənin qərarına əsasən, Hacıpur İslam İnqilabının “nailiyyətlərini təbliğ edən” fəaliyyətlərdə iştirak etməlidir.

İlkanə Şəvəqqət, 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*