“Müqavilə imzalanmasa, yeni müharibə olacaq və Ermənistan çoxlu itki verəcək” – Liparityanbackend

"Müqavilə imzalanmasa, yeni müharibə olacaq və Ermənistan çoxlu itki verəcək" - Liparityan

“Qarabağ bizim deyil, ona görə də onu təslim etməliyik”.

KONKRET.az xəbər verir ki, bunu erməni diplomatiyasının veteranı, Ermənistanın ilk prezidentinin müşaviri və 1991-1997-ci illərdə Qarabağ üzrə danışıqlar aparan Jirayr Liparityan İctimai telekanalın efirində deyib.

O bildirib ki, Ermənistan indi Azərbaycanla sülh müqaviləsi bağlamasa, yeni müharibə qaçılmazdır.

“Türkiyənin ermənilərə münasibəti müsbətdir. Lakin İrəvan Azərbaycanla indi sülh müqaviləsi imzalamasa, o zaman yeni müharibə olacaq və Ermənistan yeni itkilər verəcək”, – deyə diplomat bildirib.

O, daha sonra Qarabağla bağlı erməniləri qıcıqlandıracaq açıqlamalar verib.

“Qarabağ bizim deyil, ona görə də onu təslim etməliyik. Biz artıq Qarabağı itirmişik. Müharibə nəticəsində biz Qarabağ məsələsi ilə bağlı nə isə demək imkanımızı itirdik”, – deyə Liparityan vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*