“Dünya güclərinin ən təhlükəli oyunu kriptovalyutalarla bağlıdır. Çünki kriptovalyutalara tam keçid dünyadakı bütün insanların vahid mərkəzdən idarə olunmasıdır”.
KONKRET.az xəbər verir ki, bunu tarix, iqtisadi, ekoloji problemlərlə bağlı araşdırma məqalələr və kitabların müəllifi Mutar Akan deyib. Türkiyəli yazarın fikrincə, Qərb institutları bütün dünyanın bu sistemə keçidi üçün hökumətlərə təzyiq göstərir. Burada söhbət kiminsə başına silah dirəməkdən getmir, amma qlobal oliqarxlar əllərindəki sərmayə, media və texnologiya ilə dövlətləri küncə sıxışdırır:
“Müxtəlif vasitələrlə dövlətləri dəyişməyə məcbur edirlər”.
Yəni onların sözlərilə razılaşmayanları böhran, etirazlar, vətəndaş müharibəsi, yaxud qonşu dövlətlərlə konflikt gözləyir. Sanksiyalar da müzakirə mövzusudur:
“103 ölkə kriptovalyutanın ilk variantını hazırlayıb. Mərkəzi İsveçrədə olan dövlətlərarası ödəmə bankının savaş anında belə, toxunulmazlıq zəmanəti var. Həm də 75 ölkənin mərkəzi bankını idarə edən İsveçrə bankı kriptovalyutalara keçid üzərində işləyir. Türkiyə də prosesə sürətli qoşuldu və 2023-cü ildə tətbiq olunacağı elan edilib. Çox güman ki, digital pul qızıl indeksində olacaq”.
Ekspertin sözlərinə görə, müasir həyata keçid alqışlanan addım olsa da, kriptovalyutalarla bağlı tələsmək olmaz. Çünki uğursuzluqla üzləşməmək zəmanəti verilməyib. Kriptovalyutalara keçid sosial kreditin başlanğıcıdır:
“ID-2020 layihəsi, hamıya rəqəmsal şəxsiyyətin verilməsidir. Bu da kriptovalyuta ideyasına aiddir. Kompüterləşmə, elektron sistem, digitallaşma insan azadlıqlarını məhdudlaşdırcaq. İnsanlar rəqəmsal həbsxanaya qapanacaq. Sosial kredit sistemindən yararlanmsq üçün isə yaxşı və pis vətəndaş statusuna baxılacaq”.
Sadə bir misal gətirək ki, dünyada təbliğ olunan eynicinsli evliliyə razı olmasanız, pis vətəndaş kimi xallarınız itəcək və ac qalacaqsınız. Yaxud koronavirus peyvəndləri zamanı ən çox ehtiyat edilən çipləşməyə də razılıq verməyənləri eyni aqibət gözləyəcək. Beləliklə, bəzi hollivud filmlərindəki kimi yeraltı dünyanın insanları yaranacaq. Onlar cəmiyyətdən təcrid olunmuş, yaxud cəmiyyətə təhlükə elan olunduqları üçün robotlaşmadan qaçanların qətli mükafatlandırılacaq. Bəli, belə kinolar çoxdur və buna fantastika kimi yanaşırdıq. Dəhşət orasıdır ki, həmin ekran əsərlərinin məqsədi insanlarda şüuraltı öyrəncə yaratmaqdır ki, bu quruluşa keçid çox da etirazla qarşılanmasın.
Anar Rəhimov,
KONKRET.az