“Fənərbağça”nın sabiq prezidenti Aziz Yıldırım “Onun qərarıdır, istəsə sona qədər dəstəkləyəcəm” dediyi Murat Ülker araşdırma obyektinə çevrilib.
Bəs Murat Ülkər kimdir?
Murat Ülkərin tərcümeyi–halı
“Yıldız Holdinq”in İdarə Heyətinin üzvü olan Murat Ülkər türkiyəli milyarder, iş adamı və sənayeçidir. O, 21 mart 1959-cu ildə Türkiyənin İstanbul şəhərində “şokolad kralı” Sabri Ülkər və xanımı Güzide İmanın ailəsində anadan olub. “İstanbul Erkek Lisesi”də və Boğaziçi Universitetinin İnzibati Elmlər Fakültəsində təhsil alıb.
1982-ci ildə iş həyatına qədəm qoyan Ülkər Amerika Çörəkçilik İnstitutunda (AIB) və Alman Şirniyyat Sənayesi Mərkəzi Texniki Məktəbində (Zentralfachschule der Deutschen Süßwarenwirtschaft, ZDS) təhsilini davam etdirib. O, ABŞ-da “Continental Baking”də təcrübə keçib.
1984-cü ildə Ülkər nəzarət koordinatoru olaraq “Yıldız Holdinq”in bir hissəsi olan “Ülker” qida şirkətinə qatılır. Sonrakı illərdə “Enterprises”də direktor köməkçisi, daha sonra direktor vəzifəsini icra edir. 2000-ci ildə “Yıldız Holdinq”in İdarə Heyətinin sədri vəzifəsini icra edən Murat Ülkər 2008-2020-ci illərdə İdarə Heyətinin sədri kimi işini davam etdirib. O, 29 Yanvar 2020-ci il tarixindən etibarən İdarə Heyətinin üzvü kimi holdinqə bağlı şirkətlərdə fəal rol almağa davam edir. Murat Ülkər eyni zamanda “Pladis” və “Godiva”nın İdarə Heyətinin sədridir.
Murat Ülkərin sərvəti nə qədərdir?
Evli, üç uşaq atası olan Ülkər ailəsi ilə birlikdə səyahət etməyi sevir. O, xəttatlıq və müasir rəsmlə maraqlanır.
2022-ci ilə qədər “Forbes-in açıqladığı “Ən zəngin türklər” siyahısında 4,7 milyard dollarlıq sərvəti ilə Türkiyənin ən zəngin adamı elan edilib.
İqbal Rzayev,
KONKRET.az