Rusiyada müsəlmanlara və çeçenlərə qarşı təhqiramiz ifadələr səsləndirən Areq Samveloviç Şepixin barəsində Rusiya Cinayət Məcəlləsinin 282-ci maddəsi (“Nifrət və ya düşmənçilik salma”) üzrə cinayət işi başlanılıb.
Bu maddə ilə ona 6 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.
KONKRET.az xəbər verir ki, Şepixinə qarşı həmçinin ekstremist fəaliyyətə çağırış ittihamı ilə də ayrıca cinayət işi açılıb. Hazırda o, Rusiya İstintaq Komitəsində dindirilmə mərhələsindədir.
Bundan əlavə, Şepixini Moskvanın Yaroslavl vağzalında oğurlayan altı nəfərə də rəsmi ittiham irəli sürülüb.
Natiq Səlim,
KONKRET.az