“Qorki Parkı” qrupunun yaradıcısı, musiqiçi Stas Namin müğənni Alla Puqaçovanın xaricdəki həyatından danışıb.
KONKRET.az xəbər verir ki, sənətçinin dostu bu yaxınlarda onu İsraildə ziyarət edib. O, Puqaçovanın həyat səviyyəsinin Rusiyadakından daha pis olduğunu deyib. “Orada həyat çətindir. Ən yaxşısı burada yaşamaqdır”, – deyə Namin fikrini yekunlaşdırıb.
Naminin sözlərinə görə, müğənni əri, şoumen Maksim Qalkinə görə ölkəni tərk edib. “Təşəbbüs əsasən Maksimə məxsusdur, o, bu qərarı verib. O, ailəni məhv edə bilməz”, – deyə musiqiçi fikrini izah edib.
Namin Puqaçova haqqında bütün söz-söhbətlərə baxmayaraq, onu layiqli insan adlandırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az