“Musiqidə mədəniyyət problemi görürəm” – Flora Kərimovabackend

“Musiqidə mədəniyyət problemi görürəm” - Flora Kərimova

“Problemlər çoxdur və onların qayğısını çəkmək, enerji işlətmək lazımdır. Hərdən ümidlə gəlirsən, amma gedişatda görürsən ki, bir-bir puç olur. Amma indi tumurcuq var. Musiqidə mədəniyyət problemi görürəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Flora Kərimova deyib. Müğənni musiqidən söz açıb:
“Ən birinci musiqiçinin, ifaçının intellektini görmək istəyirəm. Peşən yoxdursa, ümumiyyətlə, bu sənətə yaxın durma. Çünki səndən sonra qeyri-peşəkarlar yaranır. Onların öhdəsindən gəlmək mümkün olmur. Bir var səhnədə özünə hörmət edəsən, biri də var səhnəni, musiqini özündə hörmət edəsən. Səhnəyə çıxanda ən əvvəl özümüzü düşünməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*