Komediya aktyoru Vladimir Vinokur deyib ki, Bakıda zəlzələ zamanı Müslüm Maqomayev onun həyatını xilas edib.
KONKRET.az PROZVEZD portalına istinadən xəbər verir ki, o, bu əhvalatı Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş konsertdən sonra xatırlayıb.
Vinokurun sözlərinə görə, səhər oyanıb eyvana çıxırmış. Bu zaman Maqomayev ona zəng edəərk həmkarına zəlzələ barədə məlumat verib və ona hamamda gizlənməyi tövsiyə edib.
“Müslümin dediyi kimi etdim” deyə Vinokur qeyd edib – “Bir müddət sonra zəng etdi:
“Çıxa bilərsən!”. Otelin digər qonaqlarından yalnız mən küçəyə çıxmamışdım. Mən heç vaxt belə hadisənin içində olmamışam, ona görə də nə baş verdiyini dərhal başa düşmədim. Amma Müslüm həyatımı xilas edərək mənə kömək etdi”.
Jurnalistlərlə söhbətində Maqomayevin həyatdan gedəndən sonra onun səhnədə layiqli əvəzləyicisinin olmadığı fikrini də dilə gətirib:
“İstedadda Maqomayevə bərabər olan elə bir insanımız yoxdur”. Bizim.media