Mutasiyaya uğrayan COVID-19 virusu hazırda nə qədər təhlükəlidir və gələcəkdə hansı risklər yarada bilər? – HƏKİM AÇIQLADIbackend

Mutasiyaya uğrayan COVID-19 virusu hazırda nə qədər təhlükəlidir və gələcəkdə hansı risklər yarada bilər? - HƏKİM AÇIQLADI

COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur və həyatımızın bir parçası olaraq qalacaq. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlama verib.

O, bildirib ki, COVID-19 tam olaraq bitməyib və gələcəkdə də insan həyatı üçün risk yaradacaq:

“Buna görə də diqqətli olmaq və qoruyucu tədbirlərə riayət etmək lazımdır”, – deyə ÜST rəsmisi qeyd edib. Maraqlıdır, ÜST-nin proqnozlarına görə, COVID-19 gələcəkdə hansı formada həyatımızda qalacaq? COVID-19-a qarşı illik peyvənd olunması tövsiyə edilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tanınmış terapevt Rasif Bağırov isə bildirib ki, hazırda COVID-19-un zəif variantları, əsasən də Omikron ştammının müxtəlif formaları mövcuddur və Bakıda da bu hallar kliniki olaraq müşahidə edilir.

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

“Xəstəlik ciddi təhlükə törətmir. Çox tək-tək hallarda rast gəlinir. COVID-19 artıq adi qrip kimi mövcuddur, gəlib gedir. Əvvəlki qorxulu variantların yenidən yayılacağını düşünmürəm”.

Peyvənd məsələsinə toxunan həkim bildirib ki, hazırda elmi dairələr bu sahədə araşdırmalarını davam etdirir:

“Peyvəndin neçə müddət qoruduğuna dair konkret məlumat hələ ki yoxdur. Amma müşahidələr göstərir ki, COVID-19 peyvəndi digər viruslara qarşı da immun sistemini möhkəmləndirir, insanlar daha az xəstələnirlər. Əgər COVID-19 kütləvi şəkildə yenidən yayılarsa, xüsusi peyvəndlər mövcuddur və o zaman istifadə ediləcək”, – deyə R.Bağırov vurğulayıb.

Qeyd edək ki, ÜST-nin mövcud proqnozlarına əsasən, COVID-19 gələcək illərdə mövsümi infeksiyalar kimi dövr edə və risk qruplarına illik peyvənd olunması tövsiyə olunaə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*