Qrenlandiyalılar Amerika vətəndaşı olmaq istəmirlər və öz gələcəklərini özləri təyin etməlidirlər.
KONKRET.az xəbər verir ki, bunu adanın hökumət başçısı Mute Egede mətbuat konfransında deyib: “Biz Qrenlandiyalıyıq, amerikalı olmaq istəmirik. Biz heç danimarkalı da deyilik. Qrenlandiyanın gələcəyini Qrenlandiyanın özü müəyyən edəcək”. Baş nazir bildirib ki, hazırda Danimarka daxilində geniş muxtariyyət hüququ olan bu ərazi çətin vəziyyətdədir.
Vəli Həsənoğlu,
KONKRET.az