“Müxalif adlanan düşərgədən də bir müddət sonra Moskvaya “sağlıq” deyənlər, tapılacaq”backend

"Müxalif adlanan düşərgədən də bir müddət sonra Moskvaya "sağlıq" deyənlər, tapılacaq”

“Rusiya Qarabağda möhkəmləndikcə məmləkətdə Kremlpərəst siyasi oyunçular açıq şəkildə meydana çıxacaqlar, hətta müxalif adlanan düşərgədən də bir müddət sonra Moskvaya “sağlıq” deyənlər, “İvanın” silah və pul “kölgəsinə” sığınmaq istəyənlər tapılacaq”.

KONKRET.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli qeyd edib ki, Kreml Azərbaycanda siyasəti dizayn etməyə çalışdıqca, digər ölkələr də açıq siyasi lobbiçiliyə keçəcəklər, bu isə yeni çağırış, yeni situasiyadır: “Belə bir vəziyyətdə majoritar seçki sisteminin qalması çox təhlükəlidir. Mütləq proporsional seçki sisteminə keçmək lazımdır ki, kimin-kim olduğu tam aydın olsun. Yoxsa müxtəlif ölkələr əsasən də bölgələrdə öz adamlarını fərdi şəkildə  Parlamentə daşımağa başlayacaqlar. Proporsional sistem buna əngəl yarada bilər, çünki siyasi partiyalar ideoloji əsasda institutlaşsa, xarici təzyiqlərə daha asan davam gətirmək üçün ölkədaxili yeni “oyun qaydaları” qurmaq mümkün ola bilər…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*