Müxalifət xalqa müraciət etdibackend

Müxalifət xalqa müraciət etdi

Ermənistanın “Vətən naminə Tavuş” müxalifət hərəkatının rəhbəri Baqrat Qalstanyan ölkənin İctimai Televiziyası ilə canlı efirə çıxıb.

KONKRET.az xəbər verir ki, adıçəkilən şəxs xalqı yenidən mitinqə çağırıb.

Bildirilib ki, oktyabrın 6-da, saat 18:00-da Respublika meydanında yenidən mitinq təşkil olunacaq.

Xatırladaq ki, İrəvanın Respublika meydanında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatının mitinqi keçirilir. Qalstanyan bir müddət əvvəl Ermənistan vətəndaşlarını İrəvandakı mitinqə çıxmağa və mübarizənin yeni mərhələsinə qoşulmağa çağırıb.
Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının artıq məyusluq, acizlik və müzakirə üçün vaxtı yoxdur. Hərəkat lideri tərəfdarlarının Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına nail olacağına da əmin olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*