Nadal kariyerasını bitirdi – FOTObackend

Nadal kariyerasını bitirdi - FOTO

22 qat “Böyük Dəbilqə” çempionu, ispaniyalı tennisçi Rafael Nadal karyerasını başa vurub.

KONKRET.az xəbər verir ki, son görüşündə Botik van de Zandşulpa 1/4 finalda 0:2 (4:6, 4:6) hesabı ilə məğlub olan Rafael Nadal daha sonra karyerasını başa vurduğunu bildirib.

Nadal pərəstişkarları ilə göz yaşları ilə sağollaşıb və ona hər zaman qeyd-şərtsiz dəstək olduqları üçün təşəkkür edib:

“Bu 20 il ərzində siz məni çiyninizdə daşıdınız, yaxşı anlarda qalib gəlməyimə kömək etdiniz və pis anlarda da mübarizəni davam etdirməyə sövq etdiniz” .//Milli.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*