Nahapetyan: “Sizi aldadırlar, Fransa silahları Ermənistana gəlmir”backend

Nahapetyan: “Sizi aldadırlar, Fransa silahları Ermənistana gəlmir"

“Qoy istintaq səbəbini öyrənsin, amma məncə, meymuna qumbara və ya tapança verməklə, silahları bizim hökumətə vermək eyni şeydir. Mən heç bir fərq görmürəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri erməni hərbi ekspert Hayk Nahapetyan bu gün Yeqvard yaxınlığında Müdafiə Nazirliyinə məxsus təyyarənin qəzaya uğraması səbəblərinə istinadən belə deyib.

“İnsanlar cahildir, təhsili yoxdur, iş təcrübəsi yoxdur, diletant, təkəbbürlü, iddialı və özünü haqlı hesab edən insanlardır. Bu, təkcə bu sahədə deyil; Bu adamlar Ermənistanda ölüm mələyinin sözçüləridir. İstənilən sahədə belədir: bədbəxt hadisələr, intiharlar, narkomaniyalar kəskin şəkildə artır”, – ekspert bildirib.

Onun sözlərinə görə, müdafiə nazirinin ordu və hərbi işlərlə, səhiyyə nazirinin səhiyyə ilə heç bir əlaqəsi yoxdur, kadr siyasəti isə Paşinyanın ürəyinə yaxın olmaq prinsipi ilə aparılır. “Tankçını artilleriya komandiri, yaxud rabitəçini hava desant bölməsinin komandiri edirsənsə, deməli vəziyyət o qədər acınacaqlıdır.

İrəvan şəhərinə baxın, bir qrup diletant bütün şəhəri dağıntıya çevirib: qəzalar, daşqınlar, tıxaclar”.

Hayk Nahapetyan orduda islahatlarla bağlı söhbətləri ironiya ilə qarşılayıb: “İddialara görə, silah və sursat Hindistan və Fransadan gətirilməlidir. Fransa silahlarının Ermənistana daxil olacağına çox şübhə edirəm. Mən belə bir proqnoz verəcəm, o silah Ukraynaya gedəcək. Bu qədər silahla bağlı müqavilə imzalayıblar, o silahlar haradadır, buraxsınlar. Gələndə desinlər ki, bölmələr bu silahları alıb. Ermənistandan isə bu qədər hərbçi təlim keçib. Bu silahlarla 44 günlük müharibədə baş verən intensivliklə heç olmasa bir gün döyüşmək kifayətdirmi? O sualları müdafiə nazirinə verin, görəcəksiniz ki, mənim dediklərim havadan deyil. Həmin müqavilələri kağız üzərində imzalayırlar. Güman edə bilərəm ki, bu silahların başqa alıcıları da var”, – deyə o bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*