Nahardan əvvəl Putin Paşinyanın əllərini “DEZİNFEKSİYA ETDİ” – FOTObackend

Nahardan əvvəl Putin Paşinyanın əllərini "DEZİNFEKSİYA ETDİ" - FOTO

Nahardan əvvəl Putin Paşinyanın əllərini “dezinfeksiya edib”.

KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvanın Qızıl Meydanında Böyük Vətən Müharibəsində Qələbənin 78-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edib.

Rusiya Prezidenti Vladimir Putin qonaq ölkə başçıları ilə nahar edib. Nahardan yayımlanan fotolardan birində Putinin Paşinyanın əllərini necə “dezinfeksiya etdiyi” görünür.

İnternet istifadəçiləri foto ilə bağlı müxtəlif fikirlər yazıb, zarafat edirlər.

“Putin Paşinyanın əllərini necə şəxsən özü dezinfeksiya edib”, – deyə istifadəçilər yazıb.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*